Aygün Kazımovanın ifaları – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomu. Alboma 41 mahnı daxildir. Albom Xalq artisti, bəstəkar Eldar Mansurovun prodüserliyi ilə işıq üzü görmüşdür. Albomdakı Bir Payız Gecəsi mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan "Erməni işıqları" adlı albomuna daxil etmişdir. Albomdakı Xatirə mahnısı Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.
Hazırlanması Alboma yalnız Eldar Mansurovun bəstələri daxildir. Albomda 1988-ci ildən 2016-cı ilə qədər Aygün Kazımovanın ifasında Eldar Mansurovun bəstələri yer almışdır. Albomda Vahid Əziz, Piruz Dilənçi, Bəxtiyar Vahabzadə, Baba Vəziroğlu, Xanım İsmayılqızı, Tufan Tərlanoğlu, İkram Əliyev, Münəvvər Mansurova, İsmayıl Dadaşov, Kəmalə Qasımova, Pənah Rüstəm, Natiq isalı, Elçin İmanov, Namiq Qaraçuxurlu kimi şairlərin şeirlərindən istifadə olunmuşdur. Pop Diva Aygün Kazımova albomdakı "Bu Sevgi", "Gecələr Keçir", "Mən Aydan Gəlmişəm", "Uzaqlıq", "Vokaliz", "Xatirə" mahnılarına klip çəkmişdir. Albomdakı "Bu sevgi" mahnısı ilə Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində çıxış etmişdir.
Mahnıların Siyahısı
Albomdan çıxan videolar Bu Sevgi Gecələr Keçir Mən Aydan Gəlmişəm Uzaqlıq Vokaliz Xatirə
İstinadlar
Mənbə Rəsmi YouTube Kanalı Rəsmi Facebook Səhifəsi Rəsmi İnstagram Səhifəsi
Həmçinin bax
Kateqoriya:Aygün Kazımova albomları Kateqoriya:Eldar Mansurovun əsərləri Kateqoriya:2016-cı ilin musiqi albomları