Geologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Geologiya İnstitutu Publik Hüquqi Şəxs
Geologiya İnstitutu mövcud olduğu illərdə respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçirilməsində başlıca rol oynayan elmi-geoloji fikir mərkəzinə çevrilmişdir.
Tarixi 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir.
1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir.
1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi).
2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı.
2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı.
2026-cı ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Geologiya İnstitutu publik hüquqi şəxs Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun birləşdirilməsi əsasında yaradıldı.
İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.V.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Yarandığı müddətdən indiyə qədər İnstituta: professor Məmməd Ağabəyov (1938–1943), akademik Qambay Əlizadə (1943–1945), akademik Əzəl Sultanov (1945–1949;1958–1970), Azərbaycan EA müxbir üzvü Abdul Əliyev (1949–1951), g.-m.e.n. Abdulla Bayramov (1951–1954), akademik Şəfayət Mehdiyev (1954–1958), professor Ənvər Əlixanov (1970–1976), akademik Akif Əlizadə (1976-2026) rəhbərlik etmişlər. 2026-cı ildən İnstituta t.e.d. Elçin Vəliyev rəhbərlik edir. Geologiya İnstitutunun direktorları
Tədqiqat laboratoriyaları Geoekologiya Neft-qaz quyularının qazılması texnologiyaları Lay proseslərinin hidrodinamik modelləşdirilməsi Litostratiqrafiya və sedimentologiya Kosmik geodeziya Elmi tədqiqat laboratoriyası Geoloji repozitoriya Hövzə modelləşdirilməsi Geodinamika və geoflüidlər Bərk faydalı qazıntıların geologiyası Paleontologiya Radiometriya və nüvə geofizikası Seymik tədqiqatlar Karbohidrogen yataqlarının işlənilməsi texnologiyaları Geofizika Geoloji ekspedisiyalar və sahə tədqiqatları Neft-qaz-mədən geologiyası Hidrogeologiya Geokimya Geotermiya
İstinadlar
Həmçinin bax Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası
Xarici keçidlər AMEA Geologiya və Geofizika İnstitututunun saytı
Kateqoriya:AMEA Geologiya və Geofizika İnstitutu Kateqoriya:Azərbaycan Elm və Təhsil Nazirliyinin institut və təşkilatları