Aleksandr Arturoviç Rou (; ) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. RSFSR xalq artisti (1968). 1943-cü ildən Sov. İKP üzvü.
Həyatı Aleksandr Rou 1906-cı ildə Yuyevets şəhərində (indiki İvanovo vilayətində anadan olmuşdur. Onun atası miliyyətcə irland olan Artur Uilyam Rou mühəndis olmuşdur. İlk kino fəaliyyətinə 1930-cu ildə Maksim Qorki adına kinostudiyada başlamışdır. Həmin illərdə Müqəddəs İorgen bayramı (1930), "Marionetka" (1934), "Cehizsiz qız" filmlərində rejissor köməkçisi kimi iştirak etmişdir. 1937-ci ildə "Soyuzdetfilm" kinostudiyasında rejissor fəaliyyətinə başlamış, 1938-ci ildə çəkdiyi "Durnabalığının əmri ilə" adlı nağıl-filmi ilk müstəqil rejissor işi olmuşdur. Daha sonra ard-ardınca "Gözəl Vasilisa" (1939), "Qozbel at" (1941), "Ölməz Kaşşey" (1945) və s. filmlər çəkmişdir. 60-cı illərdə bir çox kinofestivallarda mükafatlar almışdırПьесы Н. Эрдмана в советской драматургии .Призы XXVI Венецианского кинофестиваля .. Aleksandr Rou 28 dekabr 1973-cü ildə Moskvada vəfat etmiş, Babuşkin qəbiristanlığında dəfn olunmuşdur.
Mükafat və adları RSFSR xalq artisti (1968); RSFSR əməkdar incəsənət xadimi (1961); "Oktyabr inqilabı" ordeni; "Şərəf nişanı" ordeni; medallar
Filmoqrafiya İlFilmin adıŞəkilFilmin orijinal adıFəaliyyəti1930Müqəddəs İorgen bayramı80x80px|centerRejissor köməkçisi1933Marionetlər80x80px|centerRejissor assistenti1936Cehizsiz qız80x80px|centerRejissor assistenti1936Məhəbbətin qəribəliyi haqqındaRejissor assistenti1937Tənha yelkən ağarır80x80px|centerRejissor assistenti1937Durnabalığının əmri ilə80x80px|centerRejissor1939Gözət Vasilisa80x80px|centerRejissor1941Qozbel at80x80px|centerRejissor1941Hərbi kinoməcmuə № 7Rejissor1945Ölməz Kaşşey80x80px|centerRejissor1949Sehrli təəssüratlar günüRejissor, ssenari müəllifi1950Krım (Sənədli film)'Rejissor1952May gecəsi80x80px|centerRejissor1954Dağ gölünün sirri80x80px|centerRejissor1956Qiymətli hədiyyə80x80px|centerRejissor1958Çəkməli pişiyin yeni macəraları80x80px|centerRejissor1959Bacarıqlı Mariya80x80px|centerRejissor1960Büllur başmaq80x80px|centerRejissor1961Dikanka yaxınlığında xutor axşamları80x80px|centerRejissor, ssenari müəllifi1963Əyri güzgülər krallığı80x80px|centerRejissor1964Şaxta baba80x80px|centerRejissor1968Od, su və… mis borular80x80px|centerRejissor1969Uzunhörük, gözəl Varvara80x80px|centerRejissor, ssenari müəllifi1972Qızıl buynuzlar80x80px|centerRejissor, ssenari müəllifi1975Finist — itigözlü şahin80x80px|centerSsenari müəllifi
Ədəbiyyat Парамонова К. К. Александр Роу. — М.: Искусство, 1979. — 152 с. — (Мастера советского театра и кино). Коновалова С. А. Александр Роу. — "Издательство "Иваново", 2012. — 336 с. — 500 экз.
Xarici keçid
Александр Роу на сайте Департамента культуры и культурного наследия Ивановской области Биография Александра Роу на сайте peoples.ru Надгробный памятник Александра Роу The Wexford roots of Russia’s fairy tale film-maker
İstinadlar
Kateqoriya:SSRİ rejissorları Kateqoriya:Aleksandr Rounun filmləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:XX əsrin ssenaristləri