Respublika Narkoloji Mərkəzində yanğın — Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə baş vermiş yanğın.
Tarixi
Mərkəzin tarixi thumb|Mərkəzin ərazisi Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılmışdırDispanser 32 ildir ki, o binada imiş… — 24056 nəfər qeydiyyatdadır . qafqazinfo.az, 02.03.2018 . Rəhbəri Telman Məmmədhəsənovdur.
Yanğının zamanı Yanğın 2018-ci il martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş vermişdir.
Səbəbləri İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş vermişdir.
Xilasetmə Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir. Yanğın saat 08:30-da söndürülmüşdür.
Nəticələri Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilmişdirHəlak olanların sayı 25-ə çatdı . qafqazinfo.az, 02.03.2018 .
Rəsmi münasibət thumb|Prezident İlham Əliyev hadisə yerində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə tanış olmuşdurİlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub . president.az, 02.03.2018 .
Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilən tədbirləri Azərbaycan Prezidenti şəxsi nəzarətə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2 mart 2018-ci il tarixli Sərəncamı ilə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmışdırRespublika Narkoloji Mərkəzində baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 02.03.2018 .
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2 martdakı hadisələr Kateqoriya:2018-ci ildəki hadisələr Kateqoriya:2018-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycandakı yanğınlar Kateqoriya:Tikili yanğınları Kateqoriya:2010-cu illərdə Bakı