Əbülfət Heydər oğlu Məmmədov () — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.
Həyatı
Repressiyalara uğraması Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur.Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi. 1957-ci ildə Bakıda vəfat etmişdir. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır.
Ədəbiyyat Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq torpaq komissarları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Sənaye müəssisələrinin direktorları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar