Röya zamanı və ya Yuxu vaxtı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin.
1938-ci ildə antropoloq A. P. Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb.
Ehtimal edilirdi ki, əslində "daimi", "varlıqsız"William Edward Hanley] Stanner himself noted "why the blackfellow thinks of 'dreaming' as the nearest equivalent in English is a puzzle." B. Kilborne, "On classifying dreams", in: Barbara Tedlock (ed.) Dreaming: Anthropological and Psychological Interpretations, 1987, p. 249. "eternal, uncreated": Tony Swain, Place for Strangers: Towards a History of Australian Aboriginal Being, Cambridge University Press, 1993, p. 21 mənalarını daşıyan aranta dilindəki "alçerinqa" sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə "yuxu zamanı" "Bayame zamanı" (Bayame – ali yaradan-ilah) adlanırАвстралийская мифология. Мифы народов мира под редакцией С. Токарева, М.: Российская энциклопедия, 1994..
"Yuxu" zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə "yuxu" kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara — tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir.
"Yuxu zamanı" haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur. 1980-ci illərdən başlayaraq "yuxu zamanı" obrazı kütlə mədəniyyəti və müasir (ing. "new age") populyarTony Swain, Place for Strangers: Towards a History of Australian Aboriginal Being, Cambridge University Press, 1993, p. 21 mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurduMicaela di Leonardo, Exotics at Home: Anthropologies, Others, and American Modernity, University of Chicago Press, 2000, p. 377 (note 42) ("Into the Crystal Dreamtime", promotional pamphlet, late 1980s; "Crystal Woman: Sisters of the Dreamtime" 1987; p. 36: "the prescriptive New Age genre, which sells one-hundred-proof ethnological antimodernism without overmuch worry about bothersome ethnographic facts".
Mikaela di Leonardo bunda nəcib vəhşi haqda romantik təsəvvürlərin intibahını görür və müqayisə qismində hippi dövründə hindu mədəniyyətini gətirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaradılış mifləri