George Pop (11 sentyabr 1993) — Rumıniyalı biatlonçu. George Pop Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası George Pop birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Pop 28:04.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 86-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında biatlonçular