Jalebi, digər adla zülbiyə Cənubi və Qərbi Asiyada, Şimali və Şərqi Afrikada geniş yayılmış çərəz növü.

Jalebi Maida unundan hazırlanmış xəmirin yağda qızardılması və şərbətlə isladılması ilə hazırlanır. Forması ya dairəvi, ya da bretzel formasında olur. Bu çərəz İran və Hindistanda məşhurdur.

Jalebi isti və ya soyuq şəkildə təqdim edilir. Bəzən ona gülab da əlavə edilir. Jalebi istəyə uyğun olaraq ətirli su əlavı edilmiş kəsmik və rabri (Şimali Hindistan) ilə birgə yeyilir.

Azərbaycanda ortaq ada sahib olan zülbiyə, habelə Gəncə şəhərinə xas olan zilviyə şirniyyatı mövcuddur.

İstinadlar

Kateqoriya:Ərəb mətbəxi Kateqoriya:İordaniya mətbəxi Kateqoriya:Levant mətbəxi Kateqoriya:Pakistan mətbəxi Kateqoriya:Yəmən mətbəxi Kateqoriya:Nepal mətbəxi Kateqoriya:Misir mətbəxi Kateqoriya:Dərin qızardılmış qidalar Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Efiopiya mətbəxi Kateqoriya:Əlcəzair mətbəxi Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:İraq mətbəxi Kateqoriya:Livan mətbəxi Kateqoriya:Desertlər