Azerspace-2 () — Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" ABŞ-nin Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-2 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmışdır.

Peyk Azerspace-2 peykinin istismar müddəti isə azı 15 il nəzərdə tutulur.

Azerspace-2 peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.

Buraxılış və idarə etmə thumb|"Bakutel-2015" sərgisində müqavilənin imzalanması "BakuTel-2015" sərgisi çərçivəsində 2 dekabr 2015-ci ildə "Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında müqavilə imzalanmışdır.İlham Əliyev "BakuTel-2015" sərgisi ilə tanış olub . president.az, 2. dekabr 2015

26 sentyabr 2018-ci il tarixində Fransanın Ariane-5 roketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılmışdır. Azərkosmos ASC idarəsində olan peyk 45 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.

Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevin sözlərinə əsasən peyki orbitə buraxılmamış tutumlarının 46%-i artıq satılıb.

İstinadlar

Kateqoriya:Azərkosmos Kateqoriya:Azərbaycanın kosmik proqramları Kateqoriya:Süni peyklər Kateqoriya:Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan peykləri Kateqoriya:Geostasionar orbitdə olan rabitə peykləri Kateqoriya:Peyk televiziyası