thumb|Trieste Batiskafı 1958-ci il. Batiskaf () — Sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf əzilə bilər. Benzin isə həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır. Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolandın) içində olur . Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir.
Enməsi Ballastın yəni tarazlıq yükünün ağırlığı altında dənizin dibinə doğru hərəkət edir.
Projektor Projektor okeanın dibinin işıqlandırılması üçün vacibdir. Batiskafın projektoru dəniz dibinin öyrənilməsi üçün mühüm yer tutur."To the bottom of the sea" , T. A. Heppenheimer, AmericanHeritage.com
Qalxması Batiskaf ballastı atır və yavaş-yavaş yuxarı, suyun səthinə doğru qalxmağa başlayır.
Alimlər 1960-cı ildə İsveçrə alimi Okust Pikkarinin düzəltdiyi "Triest" batiskafı Sakit okeanın ən dərin yerlərindən birində, Marian çökəkliyində suyun dibində enmişdi. Zabiti Don Uolş və alimin oğlu Jak Pikkar 10919 metr dərinliyə çatmışdılar. Bu rekord göstərici sayılır. Batiskaf okean dərinliklərini tədqiq etmək üçün hələlik yeganə vasitədir.Azərbaycan sovet ensiklopediyası baş redaksiyası
İstinadlar
Xarici keçidlər Coğrafiya
Mənbə Uşaq ensiklopediyası, C.B.Quliyev, Azərbaycan sovet ensiklopediyası baş redaksiyası, Bakı-1987. səh:120,
Kateqoriya:Gəmi tipləri Kateqoriya:Sualtı qayıqlar Kateqoriya:Fransız dilində sözlər və ifadələr