right|thumb|250x250px|Əfsanələr görə mintuçilərlə dolu olan İsikari çayı

Mintuçi (aynuミントゥチ, mintuci; həmçinin "mintuti", "mintuçi kamuy") – aynu mifologiyasında fövqəltəbii varlıq, yarıinsan-yarıheyvan草野巧, 1994, p. 109.草野巧, 1997., su ünsürünə aid ruhСпеваковский, 1988, p. 86. Adətən kappu kimi təfsir edilir村上健司, 2005.. Adının dielaektik variantları – "mimtuçi"中川裕, 1995., "mintoçi"白老楽しく・やさしいアイヌ語教室編 『アイヌ語白老方言の研究1』 白老楽しく・やさしいアイヌ語教室, 2010. Yapondilli ədəbiyyatda minçuti (yap. ミンツチ) variantına rast gəlmək olar.

Ehtimala görə "mintuçi" sözü Midzuti sözü ilə qohumdur. Ola bilsin ki, mintuçi özündə kappanın və aynuların keçəl "dağ adamlarının" xüsusiyyətlərini birləşdirir水木しげる, 2004..

Əfsanə Əfsanələrə görə, yaponlar Edo dövründə aynularla ticari əlaqələr qurmaq üçün Hokkaydoya gəldikdə, sonuncuların gəmilərinə çiçək xəstəliyi şeytanı soxulur多田克己, 1990..

Çiçək xəstəliyi epidemiyası çoxlu sayda aynunun həyatına son qoyur. Okikurumi yovşan gövdəsindən 61 kukla düzəldərək şeytanla döyüşməyə yollanırМорозов, 2011, p. 151.. (Başqa əfsanələrə əsasən, kuklaları aynular düzəldir). Bir dənə kukladan başqa hamısı suda batır, lakin sonuncu şeytana qalib gələ bilirСпеваковский, 1988, p. 87.. Batan kuklalar sonradan "mintuçi" ilahlarına dönüşür; onlar xəstəlik və bədbəxtlik olduqda yardım edə bilirlər.

Görünüşləri Mintuçilər 3–12 yaşlı uşaq boyda olurlar, kappa kimi başlarının ortası keçəldir, dəriləri bənövşəyi-qırmızıdır, ayaqları ya quş, ya da qurbağa ayağıdırСпеваковский, 1988, p. 86–87.. Kappalardakı kimi, mintuçilərin qolları bədənlərinin içində bir-birinə bağlıdır. Bir qolu qoparıldıqda, o birisi də özü düşür. Müxtəlif bölgələrin mintuçiləri fərqli xüsusiyyətlərə malikdirlər: İsikari çayının mintuçiləri tamamilə keçəldirlər – həm erkəklər, həm də dişilər. İkeda şəhərinin şərq Tokati vadisinin mintuçiləri balaca qoca baba və nənələrə bənzəyirlər.

Bacarıqları Xalq inanclarına görə, mintuçilər balıqları idarə edir və suda boğulmuş insan qurbanı əvəzinə balıqçıya uğur gətirə bilərlər. Həmçinin mintuçinin ovda şikarın sayını artırmağı bacardığına inanırdılar. Bəzi əfsanələrdə, balaca qız cildində övladlığa götürülmüş mintuçinin ailəyə böyük uğur gətirdiyi deyilir. Məsələn, Asakihava şəhərinin və Saru çayının firavanlığını mintuçilər tərəfindən qorunması ilə bağlayırdılar.

Kappa kimi mintuçilər də insan və mal-qara ovuna çıxa, onları suyun altına çəkə, insanların içinə girə bilirlər. İçinə mintuçi girmiş qadın kişiləri ovsunlaya bilir.

İstinadlar

Ədəbiyyat 草野巧, 戸部民夫. 日本妖怪博物館. — 1-е изд.. — 新紀元社, 1994. — С. 109. — ISBN 978-4-88317-240-5. 草野巧. 幻想動物事典. — 新紀元社, 1997. — 299 с. — ISBN 978-4-88317-283-2. Мураками, Г.[ja]. 日本妖怪大事典. — 角川書店, 2005. — (Kwai books). — ISBN 978-4-04-883926-6. Мидзуки, С.[ja]. 妖鬼化 1 関東・北海道・沖縄編. — Softgarage, 2004. — С. 126. — ISBN 978-4-86133-004-9. Накагава, Х.[ja]. アイヌ語千歳方言辞典. — 草風館, 1995. — ISBN 4-88323-078-3. Тада, К.[ja]. 幻想世界の住人たち IV 日本編. — 新紀元社, 1990. — С. 117. — (Truth in fantasy). — ISBN 978-4-915146-44-2. Спеваковский А.Б. Духи, оборотни, демоны и божества айнов: религиозные воззрения в традиционном айнском обществе. — Наука, 1988. — 204 с. Морозов И. А. Феномен куклы в традиционной и современной культуре. — Индрик, 2011. — С. 151. — ISBN 978-5-91674-114-8.

Xarici keçidlər

Kateqoriya:Aynuların mifologiyası