() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır).

Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.

Təbiətdə sayı Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur.

Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur. Su hövzələrinin qurudulması yuva koloniyalarına məhvedici təsir edir.

Çoxalma Aprelin əvvəlində cütlərə ayrılaraq yuva qurmağa başlayırlar ki, burada hər iki valideyn iştirak edir. Yuva 4-5 gün ərzində qurulur. Yuvada yumurtaların sayı adətən 2-3, bəzən 4-5 ədəd olur. İkinci yumurta qoyulduqdan sonra hər iki valideyn növbə ilə kürt yatır (24-25 gün). Müstəqil cavan fərdlərə iyul ayında təsadüf olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Avrasiya quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar