Şəlalə Ağakərim qızı Məmmədova () — Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri, "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" (2008).

Həyatı Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur.

1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib.

Ailəlidir, 1 övladı var.

Fəaliyyəti 1969–1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri. 1970–1971 M. F. Axundov adına Respublikası kitabxanasında kitabxanaçı. 1972–1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə. 1977–1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmişdir. 1982–2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur. 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. 2005 Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2006-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri. 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri vəzifəsində çalışır.

Mükafatları 1986-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 2013-cü ilin 19 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar hüquqşünasları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri