Basdırma — ətin müxtəlif ədviyyat və duzla qurudulması ilə hazırlanan yemək. Basdırma qədim türk yeməyidir. Basdırmanın ilk hazırlanışının Orta Asiya hunlarına məxsus olduğu bilinir.

Tarixi və etimologiyası Basdırma türk dilində güclü basaraq sıxma deməkdir. Orta Asiyada yaşayan türklər atın ətini ayaqlarıyla sıxaraq basdırma hazırlayırdılar. Bu basdırmanın ilk hazırlanışı hesab olunur. Basdırma ən çox Türkiyənin Kayseri şəhərində hazırlanılır.Georg Weber, Alfred Baldamus (1923): Lehr- und Handbuch der Weltgeschichte, II. cild. (Almanca).

Qurudulmuş ətin texnologiyasının, ətin Ermənistandan Çinə və Hindistana ixracı üçün inkişaf edildiyinə inanılır.David Underwood, Irina Petrosian: Armenian food. Fact, fiction & folklore . Second edition. Yerkir, Bloomington/IN 2006, p. 112-114f. . Access date 25 May 2016.Bizans dövründə basdırma apokt adlanırdı.Andrew Dalby, Tastes of Byzantium. The Cuisine of a Legendary Empire. Tauris, London and New York 2010, p. 63, 71. Apokt sözünün mənası duzlu ət deməkdir. Levantda ermənilər ən bacarıqlı basdırma düzəldiciləri kimi tanınır.Bruce Kraig: Turkish American food . In: Andrew F. Smith (ed.): The Oxford encyclopedia of food and drink in America. Second edition. Oxford University Press, Oxford 2013, p. 502. Access date 25 May 2016. “When the Ottomans settled in Istanbul they also adopted a number of Byzantine dishes, one of which was a form of cured beef called paston and which the Turks called pastirma […] It became and remains a specialty of Kayseri in Cappadocia in west central Turkey.”

Hazırlanışı və istifadəsi thumb|Basdırma üç yumurta ilə birliktə Basdırma ilk öncə duzlanır. Daha sonra suyla yuyularaq 15 gün ərzində qurumağa qoyulur. Daha sonra qan və duz ətdən çıxarılır və ona müxtəlif baharatlar vurulur. Hazırlanışında əsasən dəvə, quzu, keçi və camış ətindən istifadə edilir.Maria Kaneva-Johnson: The Melting Pot. Balkan Food and Cookery. Prospect Books, 1995. . p. 62 Ermənilər əsasən Suriya və Livana çox miqdarda basdırma göndərmişdilər. Bu əsasən bişməmiş nazik dilimlər halında olurdu.

Basdırma bir qəlyanaltı olaraq Türkiyədə 22 növdə mövcuddur. Ən məşhuru Kayseri basdırmasıdır.Sami Zubaida, Richard Tapper, Claudia Roden: A Taste of Thyme. Culinary cultures of the Middle East. Tauris, London and New York 1994, p. 35 & 39. Daha az rast gəlinən Balkan basdırması sadəcə duzlanır və qurudulur.

Yunanıstanda Kayseri basdırması Kapadokiya yunanları tərəfindən tanıdıldı. Yunanlar basdırmanı sosiska kimi bişirirlər.

İraqda basdırma səhər yeməyi üçün istifadə olunur, qızardılmış yumurta ilə bişirilir. Adətən qəssablar tərəfindən hazırlanır.

İstinadlar

Kateqoriya:Ət xörəkləri Kateqoriya:Ət Kateqoriya:Misir mətbəxi Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Kolbasa məmulatları Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Kipr mətbəxi Kateqoriya:Türkiyə mətbəxi