Əjdər Dadaş oğlu Məlikov () — Hümmət Partiyası qurucularından, Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü.

Haqqında Əjdər Məlikov 1889-cu ildə Pirşağı kəndində anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının sıralarına qatılmışdır. Əjdər Məlikov Hümmət Partiyasının qurucularından biri olmuşdur. 1917-ci ildə Binəqədi Rayon Sovetinin üzvü seçilmişdir. Burada o Hümmət Partiyasının liderlərindən olmuşdur.

Oktyabr inqilabından sonra Məlikov Binəqədi Rayon Partiya Komitəsinin katibi, Binəqədi Rayon Sovetinin sədri və Bakı Sovetinin üzvü olmuşdur.

Əjdər Məlikov Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur.

1920–1921-ci illərdə Bakı Şəhər Qida Komitəsinin Binəqədi Rayonu üzrə nümayəndəsi, Qida, Sağlamlıq və Torpaq Şöbəsinin sədri və İcraiyyə Komitəsinin sədri olmuşdur.

1921-ci ildə Binəqədidə öldürülmüşdür.

Xatirəsi Əjdər Məlikov adına Bakı şəhər Binəqədi rayonu 6 saylı Birləşmiş Şəhər Xəstəxanası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi vardır.

Ailəsi Qardaşı Süleyman Məlikov — jurnalist, tərcüməçi, redaktor. Azərbaycan SSR-nin əməkdar mədəniyyət işçisi (1967), Qızıl Əmək Bayrağı ordeni, Sov.İKP üzvü. Oğlu Georgi Məlikov — hava atıcısı-radist, Böyük Vətən müharibəsinin iştirakçısı.

Mənbə Мәликов Әждәр Дадаш оғлу // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — 1982. — Т. VI.

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı Sovetinin (1917-1918) deputatları Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Azərbaycan inqilabçıları