Qapıçılar kralı filmi rejissor Zəki Ögtən tərəfindən 1976-ci ildə ekranlaşdırılmışdır. Dram, macəra, komediya janrında olan bu film "Çiçəkfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kamal Sunal, Sevda Fərdağ, Bilgə Zobu, Sevil Üstəkin, Şövkət Altuğ ifa edirlər.
Məzmun Seyid böyük binanın qapıçısıdır. Onun əvvəlki direktor ilə arası yaxşıdır, ancaq indiki direktor ilə arası heç yaxşı deyil. Seyid çox çevikdir və hər işin öhdəsindən gəlir. Bir gün əvvəlki direktor ona böyük pulunun bir qisminin açarını verər. Bu an binaya yeni köçən Mahir plan hazırlayar və açarı almaq üçün çalışar. Ancaq Seyid bu planı başa düşər və onları polisin ayağına verir. Qısa müddətdə Seyid zəngin olur və binanın 51%-ini alır.
Film haqqında Filmin çəkilişlərində əhali böyük kömək göstərmişdir. Bunun üçün kameralarda səhvən izləyicilər də görsənib. Filmdə Seyidin uşaqları, həmin binanın qapıçısının öz uşaqları idi. Filmin çəkilişləri Anadoluda aparılıb.
Festivallar və mükafatlar Antalya Film Festivalı. Ən yaxşı film və ən yaxşı rejissor — Zəki Ögtən Antalya Film Festivalı. İlin ən yaxşı aktyoru — Kamal Sunal
Filmin heyəti Rejissor: Zəki Ögtən Ssenarist: Ömür Buqay Operator: İzzət Ağay Prodüser: Arif və Əbdürrəhman Kəsginər Rəssam: Ələddin Dayanmaz Bəstəkar: Nəcib Sarıcıoğlu Asistent: Aydın Sayman, Ərbil Atanay Quruluş: İsmayıl Qalxan
Rollarda Kamal Sunal — Qapıçı Seyid Bilgə Zobu — Albay Zəfər Sevda Fərdağ — Oğru Şövkət Altuğ — Sərxoş Sevil Üstəkin — Həcər Can Qoluqısa — Fəhmi Günər Sümər — Nuri Firuddin Çölgeçən — Übəyid Özcan Azad — Mahir Minə Zərən — Bina sakini Yüksəl Gözən — Midhat müdir Əkrəm Dümər — Həkim Hikmət Gül — Mağbulə Gülər Öktən — Fəhminin arvadı Fatoş Tez — Leyla Gültən Ceylan — Səlma Mətə Sezər — Məmur Fərid İlyas Salman — Qapıçı Nisan Akman Ərən Ərtəkin Yaman Yaşınəl İbrahim Sabunçu Rauf Öztürk Nəcib Sarıcoğlu Taci Ərşan Hacı Fidan
Mükafatlar
1977 - 14. Qızıl Portağal Film Festivalı - Ən yaxşı rejissor - Zəki Öktən 1977 - 14. Qızıl Portağal Film Festivalı - Ən yaxşı Kişi aktyor - Kamal Sunal 1977 - 14. Qızıl Portağal Film Festivalı - Ən yaxşı İkinci Film - Arif Kəskinər və Abdülrəhman Kəskinər
İstinadlar
Həmçinin bax Türkiyə filmlərinin siyahısı 1976-cı ilin filmləri 1970-ci illərin filmləri Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər