Hababam sinifi () — rejissor Ərtəm Əyilməz tərəfindən 1975-ci ildə ekranlaşdırılmış film. Komediya və musiqili film janrlarında olan film "Arzufilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rollarda Kamal Sunal, Münir Özqul, Tarık Akan, Xalid Ağcatəpə, Ədilə Naşit çıxış edirlər.

Məzmun Özəl liseyə yeni gələn müdir müavini və tarix müəllimi Mahmud bəy (Keçəl Mahmud) bir neçə il sinifdə qalan 6 A (Hababam sinifi) sinfinə nizam intizam qaydaları öyrədir. Ancaq şagirdlərin dəcəlləyinə görə çoxlu problemlər yaşanır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir.

Film haqqında Ərtəm Əyilməz Rüfət İlqazın 1957-ci ildə yazdığı əsəri ekranlaşdırmışdır. 1973-cu ildə film üçün aktyorlar axtarılmışdır. Filmdə Zəki Alasya və Mətin Ağpınar da rol alacaqdı. Daha sonra rejissorla anlaşılmazlıqlar oldu və aktyorlar filmdə rol almadılar. Daha sonra Ərtəm Əyilməz, film üçün aktyorlar axtarmağa başladı. Bunun üçün hər yerə afişalar vuruldu. Nəhayət aktyorlar tapıldı və 1974-cü ildə çəkilişlər başladı. 1975-ci il aprelin 1-də film nümayiş etdirildi. Əvvəlcə filmin yalnız oxucular tərəfindən izlənilməsi nəzərdə tutulurdu. Film dövrünün izlənmə dərəcəsindən yuxarı çıxdı və rekord qırdı. Film iyirmi səkkiz həftə baxıldı.

Filmin heyəti Quruluşçu rejissor: Ərtəm Əyilməz Əsərin müəllifi: Rüfət İlqaz Ssenari müəllifi: Ömür Buqay Quruluşçu operator: Hüseyn Özşahin Prodüserlər: Ərtəm Əyilməz, Nahid Ataman Quruluşçu rəssam: İsmayıl Qalxan Bəstəkar: Məlih Kübar Səs rejissoru: Nəcib Sarıcıoğlu Neqativ montaj: Kazım Çaxırman Rejissor asistenti: Orxan Topçuoğlu Rəng korreksiyası: Türkər Vətən İşıq: Yusif Tümən

Rollarda Münir Özqul — Keçəl Mahmud Kamal Sunal — İnək Şaban Tarık Akan — Bəy Fərid Xalid Ağcatəpə — Gödük Nəcmi Ədilə Naşit — Hafizə ana Məhərrəm Gürsəs — Məhərrəm Gür Firuddin Şavlı — Domdom Əli Sıdqı Ağcatəpə — Paşa Nuri Cəm Gürdap — Tulum Xeyri Aqil Öztuna — Aqil müəllim Kamal Ərgüvənc — Kamal müəllim Ərgin Orbey — Hüseyn Şəvki Topuz Əhməd Arıman — İsmayıl Ərtoğrul Bilda — Biologiya müəllimi Nəcmi Tələt Dumanlı — Kürd Sıdqı Xeyri Qarabəy — Rza müəllim Çingiz Nəzir — Bozum Cahid Bülənd İğdiroğlu — Qələm Şakir Haqqı Qaradayı — Veysəl Əkrəm Dümər — Həkim Bəkir Bilgə Zobu — Fiziki tərbiyə müəllimi Dilavər Gür — Dilaver Səlim Naşid — Səlim Tuncay Ağca — Ayaqsız Qəzənfər Şənər — Kikirik Ərcan Gəzmiş — Postal Rza Bülent Onaran — Rəcəb

Kateqoriya:1974-cü ilin Türkiyə filmləri Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:Universitet və kolleclər haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:İstanbulda çəkilən filmlər