Hidayət Şıxlarov (tam adı: Hidayət Cəfər oğlu Şıxlarov; 1923, Salyan, Azərbaycan SSR, SSRİ — 2008, Bakı, Azərbaycan) — İkinci Dünya müharibəsinin iştirakçısı, leytenant.

Həyatı thumb|left|Hidayət Şıxlarovun II dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunma sənədi

Hidayət Şıxlarov 1923-cü il Salyan şəhərində doğulmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1943-cü il oktyabrın 10-da cəbhəyə yollanmışdır.

1945-ci il yanvarın 24-də Hidayət Şıxlarov şücayət göstərərək, Odra çayını sol tərəfinə ilk keçərək, başlanğıc xəttində yerləşmişdir. Düşmənin əks-hücumunu dəf edərkən, 30 faşist əsgər və zabitini məhv etmişdir. O, yaralansa da, hərbi tapşırığını sona kimi yerinə yetirmişdir. Buna görə, 1945-ci ildə II dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunmuşdur.

Təltif və mükafatları 1945 — II dərəcəli Vətən Müharibəsi Ordeni 1985 — I dərəcəli Vətən Müharibəsi Ordeni

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Salyan rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:1923-cü ildə doğulanlar Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:2008-ci ildə vəfat edənlər