Baharın sorağında tammetrajlı bədii filmi rejissor Musa Eyyubov tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Film mifik obraz olan Dədə Qorqudun rəvayət etdiyi əhvalata əsasən qurulub. Əsas rolları Bəhruz Qasımov, Günel Rüstəmova, Xaqani Məmmədov, Arif Almədətov və Telli Abdullayeva ifa edirlər.

Məzmun Film mifik obraz olan Dədə Qorqudun (Hacı Hacıyev) rəvayət etdiyi əhvalata əsasən qurulub. İgid Novruzun (Bəhruz Qasımov) qar şahzadəsini məğlub edərək xalqı soyuqdan, çovğundan qurtarması cərəyan edən hadisələrin əsasını təşkil edir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Günel Rüstəmova Rejissor: Musa Eyyubov Operator: Rauf Yusifov Prodüser: Abbas Əkbərov Bəstəkar: Asəf An

Rollarda Bəhruz Qasımov — Novruz Günel Rüstəmova — bahar şahzadəsi Xaqani Məmmədov — Kosa Arif Almədətov — Keçəl Telli Abdullayeva — qar şahzadəsi Mirzə Mehdi Hüseyn — fəsillər şahı Musa Eyyubov — Xıdır Nəbi Hacı Hacıyev — Dədə Qorqud

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2011-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri