Yol () - Amerikan yazıçı Kormak MkKartinin eyni adlı Pulitzer mükafatlı romanı əsasında, rejissor Con Hillkat tərəfindən 2009-cu ildə çəkilən, ABŞ istehsalı olan film. Filmin ssenarisi Jo Penhall tərəfindən yazılmışdır. Əsas çəkilişlər Pensilvaniya, Luiziana, Qərbi Virciniya və Oreqon şəhərlərində aparılmışdır. Filmin baş qəhramanları, dünya film ulduzu Viqqo Mortensen (ata) və balaca aktyor Kodi Smit-McPheedir (oğul).
Məzmun Baş vermiş böyük fəlakət nəticəsində dünya məhv olmaqdadır. Bitkilər və heyvanlar hamısı ölmək və yox olma ərəfəsindədir. Güclü zəlzələlər və təbbi fəlakətlər baş verir. Bir ata və oğul dağılmaqda olan dünyada həyat mübarizəsi aparmaqdadılar. Fəlakətdən öncəki günlər əksəriyyət vaxt kişinin yuxularında öz əksini tapır. Ata və oğul, sağ qalmaq üçün insan yeyənlərdən və soyuq ərazilərdən qaçaraq daha uyğun bir yerdə məskunlaşacaqlarını ummaqdadırlar.
Kişinin oğlu fəlakətdən bir qədər sonra dünyaya gəlir. Qadın fəlakətin daha böyüyəcəyini və insan yeyənlərin onları da nə zamansa yeyəcəklərini düşünərək bütün ümidlərini itirir. Ailənin bir silahı və üç mərmisi var. Bu son qurtuluş kimi hesab olunsa da kişi hücum edən adamyeyənlərdən birini vurur. Bununla o arvadının təzyiqinə məruz qalır. Arvadı onu, üç mərmi ilə özünü, arvadını və oğlunu öldürməməsində günahlandırır. Daha sonra arvadı üzərindəki paltarların bəzilərini çıxararaq kişini və oğlunu ölümlə tərk etmək üçün qaranlıq və soyuq meşəyə doğru yol alır və bir daha gözə görünmür.
Ata və oğul sonu bilinməyən bir yola üz tuturlar. Kişi adamyeyənlərin birini də silahı ilə vurur və bir gülləsi qalır.
Rollarda Filmdə yalnız bir nəfərin adı Eli olaraq göstərilir. Aktyor/aktrisa Rol Viqqo Mortensen Kişi (ata) Kodi Smit-McPhee Oğlan (oğul) Şarliz Teron Qadın (kişinin arvadı, oğlanın anası) Michael K. Williams Oğru Robert Duvall Qoca kişi Eli Guy Pearce Veteran Molly Parker Veteranın arvadı Garret Dillahunt Adamyeyənlərdən biri
İstinadlar
Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:Vaşinqton ştatında çəkilmiş filmlər Kateqoriya:Kannibalizm haqqında filmlər Kateqoriya:Qazamatlar haqqında filmlər Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Pensilvaniyada çəkilmiş filmlər Kateqoriya:Elmi fantastika romanlarına əsaslanan filmlər Kateqoriya:Dimension Films filmləri Kateqoriya:2000-ci illərin fəlakət filmləri Kateqoriya:Yol filmləri Kateqoriya:Triller dram filmləri