() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yabanı halda Aralıq dənizi sahillərində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Pakistanda və Hindistanda yayılmışdır.

Botaniki xarakteristikası Çoxillik yarımkol bitkidir. Oduncaqlı əsas gövdədən hər tərəfə sürünən, uzunluğu 2 m-dək olan budaqları çıxır. Çoxsaylı kiçik yarpaqlarıyumru və ya ellipsvari formalı, ucu biz, qısa saplaqda yerləşir, saplaqların bünövrəsində iynə kimi yalançı zoğları vardır. Çiçəkləri tək, iri (diametri 5-8 sm), ağ bəzən sarımtıl və ya çəhrayı çalarlıdır. May-iyunda, bəzən iki dəfə (sentyabr-oktyabrda)çiçəkləyir. Meyvələri uzunsov-oval, ətli, giləmeyvə şəkilli, uzunluğu 2 sm-dək, yaşıl rənglidir. Yetişdikdə içəri tərəfdən çoxsaylı, qonur toxumları, burulan dörd laylarla açılır. Kökü qalın, güclüdür.

Ekologiyası Yaxşı drenajlı, günəşli yerdə, pH 6, 3-8, 3 olan quru torpaqlarda bitir. Qışda temperaturu +10 °C-dən aşaği olmayan rayonlarda becərilməsi məsləhətdir.

Azərbaycanda yayılması Azərbaycanda tikanlı kəvər ancaq yabanı növü halda yayılmışdır. Böyük və Kiçik Qafqazda, Abşeronda, Şamaxıda, Naxçıvanda, Sumqayıtda, Xızıda və s. rayonlarda bitir.

İstifadəsi Qabığının həlimi iştaha artıran və mədənin fəaliyyətini yaxşılaşdıran ədviyyat kimi istifadə edilir. Köklərin hər qabığı diş ağrısında çeynənir və irinli yaralarda istifadə olunur. Kaperslərin meyvələrində steroid saponinlər, alkaloidlər, karbohidratlar (32,9%), askorbin turşusu (150 mq %-dək) və yağ (3,75%);küklərin qabığında-staxidrin alkaloidi vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Avstraliya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qida bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:Dadlıqlar Kateqoriya:Yeməli vəhşi bitkilər