Qumqapı () — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Qadırğa, şimalında Gedikpaşa, cənubunda Yenikapı Kumkapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Kumkapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir.
Tarix Bizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı.
Nəqliyyat Əvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Kumkapıda yerləşirdi. 2013-cü ildə Marmaray xəttinin açılışından sonra stansiya bağlanmışdır. Kumkapının dənizə çıxışı da var.
Həmçinin bax Fateh
Kateqoriya:Türkiyənin görməli yerləri Kateqoriya:İstanbulun səmtləri Kateqoriya:Fatih (İstanbul)