Alov tammetrajlı televiziya tamaşası rejissor Lütfi Məmmədbəyli tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr baş vermiş yanğın hadisəsi ətrafında cərəyan edir. Əsas rolları Həsənağa Turabov, Sadıq Hüseynov, Vəfa Fətullayeva, Kamal Xudaverdiyev və Fuad Poladov ifa edirlər.
Məzmun Fabrikdə yanğın baş verir, cinayət isə təmiz və namuslu, yenilikçi mühəndis Cəlal Qaşqayın (Kamal Xudaverdiyev) boynuna atılır. Əsl cani, dövlətin "cibinə girmiş" istehsalat fırıldaqçısı Əmin Bəxtiyarov (Fuad Poladov) isə azadlıqda gəzir. Belə bir şəraitdə müstəntiq Fərhad Kamalovun (Həsənağa Turabov) vəzifəsi müqəssiri aşkarlamaq, haqqı, ədaləti bərpa etməkdir.
Filmin üzərində işləyənlər Əsər müəllifi: Mehdi Hüseyn Rejissor: Lütfi Məmmədbəyli Operator: Eldar Məmmədov Rəssam: Rəfael Əsədov
Rollarda Həsənağa Turabov — Fərhad Kamalov Sadıq Hüseynov — Kərim Kərimli Vəfa Fətullayeva — Rəfiqə Rəhimli Kamal Xudaverdiyev — Cəlal Qaşqay Rəcibə Heybətova — Əsmər Ziyadqızı Fuad Poladov — Əmin Bəxtiyarov Yaşar Nuri — Bədəl Sadayev Hacı İsmayılov — Fərman Məcnun Hacıbəyov — usta Əliş
Yasəmən Ramazanova- Səriyyə
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1979-cu ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
İstinadlar
Kateqoriya:1979-cu ilin filmləri Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri