Almanax — rejissor Eltun Baxışzadə tərəfindən 2013-cü ildə çəkilmiş qısametrajlı bədii film. Noize of Artın istehsalıdır. Film yuxuları ilə reallığı qarışdıran yazıçının əhvalatıdır. Əsas rolları Zaur Əliyarov, Fazil Əliyev, Fərrux Səlimxanlı, Cəmilə Ramazanova ifa edirlər.
Məzmun Pavel (Zaur Əliyarov) ortayaşlı yazıçıdır. O, "P.İ.R" adlı almanax üzərində gərgin işləyir. Bu müddət ərzində qeyri-adi yuxular görür. Həm işinə, həm də yuxularına dərindən köklənən Pavel reallıqla yuxularını ayırd etməkdə çətinlik çəkməyə başlayır...
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Fərrux Səlimxanlı Rejissor: Eltun Baxışzadə Operator: Eltun Baxışzadə Prodüser: Eltun Baxışzadə, Fərrux Səlimxanlı Bəstəkar: Pərviz Ramizoğlu
Rollarda Zaur Əliyarov — Pavel Fazil Əliyev — Qara pələng Fərrux Səlimxanlı — Ağ pələng Cəmilə Ramazanova — Liza Misirxan Rəşidi — psixoloq
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2013-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri