Mahrux Xəlil qızı Muradova () — tanınmış müğənni.
Həyatı 1944-cü ildə Əli Bayramlı şəhərində molla ailəsində anadan olub.
2002-ci ilin dekabrında vəfat edib. Yasamal qəbristanlığda dəfn edilib.
Sənəti
Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsniflər var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyrdu.
Mahrux Muradovanın ifasında Mahur, Şur və Çahargah təsnifləri ilə "Melodiya" şirkətinin valı buraxılıb (1975).
Mükafatları 2002-ci ildən Prezident təqaüdçüsü idi.
Şəxsi həyatı Xalq artisti Rübabə Muradovanın bacısı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər