Vladislav Artemyev (; doğ. 5 mart 1998) — Rusiya şahmatçısı, qrosmeyster (2014).
Karyerası Yeddi yaşından şahmatla məşğul olmağa başlayıb. İlk məşqçisi Vladimir Aleksandroviç İndrikovdur.
2011-ci ildə 14 yaşadək oğlanlar arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub. 2012-ci ildə Rusiya yığmasının heyətində yeniyetmələr arasında şahmat olimpiadasının qalibi olub. 2013-cü ildə U-20 Rusiya birinciliyinin, 2015-ci ildə isə Rusiya çempionatının yüksək liqasının (1–3, Motılyov və Bukavşini əlavə göstəricilərə görə üstələyib) qalibi olub. 2015-ci ldə Rusiya çempionatının superfinalında 4–7-ci yerləri bölüşdürmüşdür. Avropa çempionatının iştirakçısıdır (2014; 10–24-cü yerləri bölüşüb). Rusiyanın komanda birinciliyində Kazanı təmsil edən "Ladya" komandasının heyətində çıxış edir.
2019-cu ildə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatının qalibi olub.
İstinadlar
Xarici keçidlər FIDE Chess profili Chess-DB.com profili Chessgames.com profili 365Chess.com profili
Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Omskda doğulanlar Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri