Tofiq Faiq oğlu Məmmədov (10 mart 1980; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

Həyatı Tofiq Məmmədov 1980-ci il martın 10-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir.

Karyerası Tofiq Məmmədov 2006-cı ildə Bromma şəhərində (Fransa) baş tutan Dünya Çempionatının qalibi oldu.

2007-ci ildə isə Tofiq Məmmədov Avropa Çempionatının qızıl medalına sahib oldu.

Tofiq Məmmədov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Litva nümayəndəsi Yonas Stoshusa, 1/4 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Yuna qalib gələn Tofiq Məmmədov, 1/2 final mərhələsində Fransa nümayəndəsi Olivier Sevrisurtu ipponla məğlub etdi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Oleq Kretsul oldu. Həmin görüşdə rəqibinə məğlub olan Tofiq Məmmədov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Tofiq Faiq oğlu Məmmədov "Tərəqqi" medalı ilə təltif edildi.

Tofiq Məmmədov 2011-ci ildə Antalya şəhərində baş tutan Dünya Çempionatının qızıl medalına sahib oldu.

Tofiq Məmmədov 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündəcə Braziliya nümayəndəsi Julian Roberto Santona məğlub olan Tofiq Məmmədov, turnirdə mübarizəsini dayandırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Tofiq Faiq oğlu Məmmədov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın paralimpiya cüdoçuları Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında cüdoçular Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında cüdoçular Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycanın kişi cüdoçuları