Horadil — Şamaxı rayonu ərazisində dağ silsiləsi.
Toponimikası Horadil Şamaxı rayonu ərazisində dağ silsiləsi. Qozluçay vəm Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, oronimin əsli Ouratel olmalıdır. Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, "qala təpəsi" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
Həmçinin bax Acıdərə dağı
İstinadlar
Xarici keçid haqqinda.az/Tariximiz
Kateqoriya:Şamaxı rayonunun dağları