Thor: Ragnarok (Original Motion Picture Soundtrack) — 2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır.
Yazılması
2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir. YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır. Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır. Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır. Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: Qaranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur. Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir. Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.
Kompozisiyaların siyahısı
Musiqilərin hamısı Mark Mazersbo tərəfindən yazılmışdır.
Əlavə musiqi
Əlavə olaraq filmdə "Led Zeppelin" qrupunun "Immigrant song" mahnısı, həmçinin Volter Şorf tərəfindən "Villi Vonka və şokolad fabriki" filmi üçün yazılmış "Main Title" ("Golden Ticket"/"Pure Imagination") musiqisindən istifadə edilmişdir.
İstinadlar
Kateqoriya:2017-ci ilin saundtrekləri Kateqoriya:Hollywood Records soundtrekləri Kateqoriya:Marvel Kinematoqrafiya Kainatı film musiqiləri Kateqoriya:Marvel Music soundtrekləri Kateqoriya:Digər mediada Tor