Levanev adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimalında, Harli adasından 1.8 km cənubda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1,7 km, eni isə 500 metrdir. Bütünlüklə buzdan azaddır. Maksimal hündürlüyü 27 metrdir.

Tarixi Ada Federik Cekson tərəfindən 1895-ci ildə kəşf edilmişdir. O adanı həkim Uilyam Nilin şərəfinə Nil adası adlandırır. 1950-ci ildə isə adaya Siqizmund Levanevin adı verilmişdir. O, Şimal Buzlu okeanına təyyarə ilə uçuşu zamanı yoxa çıxmışdır.

İstinadlar

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları