Ziçi adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Qrupa daxil olan adalar buzlaqlar vastəsi ilə bir-birinə bir birləşir.

Arxipelaqa daxil olan adaların siyahısı (Şimaldan cənuba): Karl Aleksandr adası Payer adası Cekson adası Rayner adası Qrili adası və onun ətrafında yerləşən adalar Siqler adası Solsberi adası Viner-Nyoyştadt adası Luici adası Çamp adası Arxipelaqın ən şimal nöqtəsi Kral-Aleksandr adasında yerləşən Bem burnudur.. Ən cənub nöqtəsi isə Çamp adasında yerləşən Fiume burnudur. Bu burunlar arasında məsafə 114 km-dir. Arxipelaqın qərb nöqtəsi olan Armitic burnu Luici adasında, şərq nöqtəsi isə Payer adasında yerləşir. Arxipelaqın ən hündür nöqtəsi 620 m olan zirvə Viner-Nyoyştad adasında yerləşir (Forbs buzlağı).

Adalar macar qrafı Ziçinin şərəfinə adlandırılır. O, 1872-1874-cü illər Avstriya-Macarıstan Qütb ekspedisiyasını maliyyələşdirən şəxslərdən biri olmuşdur. Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları