Luici adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ziçi adaları qrupuna daxildir. Ada bütünlüklə buzla örtülüdür. Buzdan azad olan hissələr yalnız qayalıqların üzəri və Burke buxtasında yerləşən Petiqaks bununun ətraf əraziləridir. Burada göl və çay yoxdur. Adanın mərkəzində hündürlüyü 468 metr olan zirvə quzdan təşkil olmuşdur. Ada italiyalı səyyah şahzadə Luici Amadeonun şərəfinə adlandırılmışdır.
Yaxınlığında yerləşən adalar — Solsberi adası və Çamp adası. Coğrafiyası
Adada yerləşən burunlar Armitic burnu Petiqask burnu Nikolayev burnu Fenuays burnu Savoyya burnu, ucqar şərq nöqtəsi Çeldnes burnu Rixtxobev burnu
Daxil olduğu akvatoriya Sahillərini Barens dənizi yuyur.
Körfəz və buxtaları Burke buxtası — adanın şimalında yerləşir Tvidi körfəzi — adanın cənub-qərbində yeləşir.
Boğazları Braun boğazı — adanı Solsberi adasının şimal-şərqindən ayırır. Kuk dənizi — adanı Çamp adasının cənub-şərqindən ayırır. Markam boğazı — adanı Nansen adasının cənub-qərbindən ayırır. Britan kanalı — adanı Qeorq Torpağının qərbindən ayırır. Xəritə Xəritə
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları