Zaxari Nikolayeviç Çxubianişvili (; ) — Sovet partiya xadimi.

Həyatı 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi.

1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur.

1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi.

1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur.

1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.

Mükafatları Lenin ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mənbələr Справочник по истории Коммунистической партии и Советского Союза

Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları