thumb|"Ağ Xaçlar" thumb|1990-cı ilədək Berlin divarının arxasında yerləşmiş ilk abidə Ağ Xaçlar () — soyuq müharibə dövründə Berlin divarında həlak olmuş şəxslərin xatirəsinə həsr edilmiş abidədir. Abidə Berlində Şpree çayı sahilində, Almaniya parlamentinin yerləşdiyi Bundestaq binası yaxınlığındadır. Buranın əsası 1971-ci ildə Berlin divarının tikilməsinin 10-cu ildönümü zamanı Berliner Bürger-Verein adlı özəl qrup tərəfindən qoyulmuşdur. İlk dəfə Bundestaqın şərq hissəsində, Berlin divarının yanında salınmışdır. Lakin 1990-cı ildə Almaniyanın yenidən bir1əşməsi zamanı burada yeni hökumət binalarının tikintisi səbəbindən yeri dəyişdirilmişberlin.de: "Weisse Kreuze" memorial / German Bundestag və Bundestaqın cənubundakı Tirqarten parkının yanına köçürülmüşdür.

1953-cü il Şərqi Almaniya üsyanının 50-ci ildönümündə çayın sahilində ikinci bir xaç qrupu qurulmuşdur ki, bu da orijinal yerin bir qədər şimal-qərbindədir.Web archive of the German Bundestag: Ansprache von Bundestagspräsident Wolfgang Thierse zur Fertigstellung des westlichen Spreeplatzes und zur Wiederaufstellung der Mauerkreuze am 17. Juni Speech of the President of the Bundestag Wolfgang Thierse on June, 17th 2003 Açılış nitqini o zamankı Bundestaq sədri Volfqanq Tiers etmişdir.

Qurbanların adları 13 qurbanın adı hər iki tərəfdə 7 ədəd xaçın üzərinə həkk edilmişdir. 1 xaç isə kimliyi məlum olmayan qurbana həsr edilmişdir. Düzülüşün seçimi atəş nəticəsində öldürülmüş birinci qurbandan sonuncuyadək ardıcıllıqla edilmişdir. Qurbanların çoxu 1961 və 1965-ci illər aralığında öldürülmüşdür.

quruda Günter Litfin, 24 Avqust, 1961 Udo Düllik, 5 Oktyabr, 1961 Hans Rawel, 1 Yanvar, 1963 Klaus Şröter, 4 Noyabr, 1963 Haynz Sokolovski, 25 Noyabr, 1965 Marienetta Jirkovski, 22 Noyabr, 1980 "den unbekannten Opfern an der Mauer" (Divarın naməlum qurbanları xatirəsinə)

çay sahilində Verner Probst, 14 Oktyabr, 1961 İnqo Krüqer, 10 Dekabr, 1961 Filip Held, 11 Aprel, 1962 Aksel Hanneman, 5 İyun, 1962 Lutz Haberlandt, 27 İyun, 1962 Volf-Olaf Muszinski, Mart 1963 Kris Qeffroy, 5 Fevral, 1989

İstinadlar

Kateqoriya:Berlindəki binalar və tikililər