San-Fransisko Çin Xəstəxanası () - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San-Fransisko şəhərində yerləşən çin xəstəxanası. Xəstəxana ABŞ-da fəaliyyət göstərən yeganə Çin xəstəxanası kimi tanınır. Çin qəsəbəsində yerləşən xəstəxana 1924-cü ildən etibarən xidmət göstərməkdədir. San-Fransisko Çin Xəstəxanası şəhərdə yerləşən San-Fransisko Mərkəzi Xəstəxanasında dil bariyeri ilə qarşılaşan və orta sinifdən olan yerli çinlilərə xidmət göstərmək üçün yaradılmışdır.
Xəstəxananın personalı ingilis dilində əlavə olaraq çin dilinin müxtəlif dialektlərində də xidmətlər göstərirlər. Döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi Brüs Li 1940-cı ilin 27 noyabr tarixində San-Fransisko Çin Xəstəxanasında anadan olmuşdur.
Tarixi thumb|left|180px|1924-cü ildə yaradılan xəstəxanın ilk binası. 1979-cu ildə köhnə binaya bitişik yeni korpus tikilmişdir. 1888-ci ildə San-Fransiskoda yaşayan çin icması çinli vətəndaşlara xidmətin göstərilməsi üçün milli xəstəxananın yaradılması üçün şəhər şurasına müraciət edir, ancaq lazım olan icazəni ala bilmir. XIX əsrin sonlarında şəhərdə çinlilərə məxsus müxtəlif morqlar və kilinikalar fəaliyyət göstərsə də heç biri tam təyinatlı xəstəxana formasına çatmamışdır. 1899-cu ildə xəstəxananın yerləşəcəyi binanın mülk sahibləri olan anlaşılmazlıqlara görə nəzərdə tutulan bina sökülür və hal-hazırkı bina 1925-ci ildə tikilmişdir.
2012-ci il genişlənməsi 2012-ci ildə Çin Xəstəxanası 1924-cü ildəki binanın olduğu yerə əvəzetmə xəstəxana binasının tikilməsini planlaşdırdığını açıqladı. Yeni bina 1979-cu ildə inşa edilən binadakı xəstələrin müalicəsini öz üzərinə götürəcək və 1924-cü ildə inşa edilən bina seysmik cəhətdən təhlükəli olduğu üçün yıxılacaq. Planlar təsdiq edildi və 1924-cü ildə inşa edilən bina Milli Tarixi Qoruma Təşkilatı (NTHP) tərəfindən mühüm müqavimətinə baxmayaraq yıxıldı. NTHP bu binanı 2013-cü ildə məhv olan on tarixi yerdən biri hesab edir. Yeni bina üçün geniş yerin əldə olunması məqsədi ilə keçmiş binanın arxasındakı 41 yerlik qaraj da söküldü.
Xəstə Qülləsi adlanan 180 milyon dollarlıq səkkiz mərtəbəli binanın açılışı rəsmi olaraq 2016-cı ilin sentyabr ayına təyin olundu. Əvəzetmə xəstəxana binasının 54 yataqlı olması planlaşdırılır və yeni 22 yataqlı ixtisaslı xəstələrə qulluq şöbəsi əlavə olunacaq, 1979-cu ildə inşa edilmiş bina Tibb İdarəsi və Ambulatoriya Mərkəzinə çevriləcəkdir. Layihə üçün fandreyzinq 2016-cı il sentyabrın 18-dən vəfat edən bir Çinli Amerikan ictimai fəalı olan Rose Pak tərəfindən irəli sürülüb.
İstinadlar
Kateqoriya:San-Fransisko