Frans Kafka muzeyi – Çexiyanın paytaxtı Praqa şəhərinin Mala-Strana rayonunda, Karl körpüsünün solunda yerləşən və yazıçı Frans Kafkaya həsr olunmuş muzey. İlk Kafka sərgisi 1999-cu ildə Barselonada açılmış, 2002-03-cü illərdə Nyu-Yorkdakı Yəhudi muzeyinə transfer edilmişdir. 2005-ci ilin yayında Praqada indiki muzey açılmışdır.
Muzeydə bir çox Frans Kafka kitabları, eləcə də, orijinal məktublar, gündəliklər və rəsmlər sərgilənir. Muzeyin kitab mağazasında ziyarətçilər Kafkanın istənilən əsərini satın ala bilərlər. Muzey iki hissədən ibarətdir: Ekzistensialist məkan və Xəyali topoqrafiya.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2005-ci ildə yarananlar Kateqoriya:Praqa muzeyləri Kateqoriya:Frans Kafka