Xəzrəc () – Qəhtanilərə mənsub Mədinə qəbilələrindən biri.

Haqqında İslamdan öncə onlar Mənata (büt) sitayiş edirdilər. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs qəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişlər. Xəzrəclilər isə artıq barış yollarını axtarmağa başlamışdılar. Onlar Məkkəyə elçilərini göndərib evslilərlə sülhə gəlmək üçün qüreyşlilərin vasitəçi olmalarını istəmişlər. Ancaq, onlardan yardım ala bilməmişlər.

Elə o zaman onlar Məkkədə Məhəmməd peyğəmbərlə görüşmüşlər. Bu görüşdən sonra xəzrəclilər onun evslilərlə qarşıdurmalarına son qoyması yolunda vasitəçi ola biləcəyini anladılar. Bunu evslilər də istəyirdilər. Əqəbədəki ilk beyətə on xəzrəcli ilə birlikdə, Məhəmməd peyğəmbərin yanına iki evsli də gəlmişdir. İkinci Əqəbə beyətində də xəzrəclilərin təmsilçiləri daha çox olmuşlar. Onlar böyük günahlar etməməyə, Məhəmməd peyğəmbəri qorumağa, Məkkədən qovulmuş bütün müsəlmanlara sığınacaq verəcəklərinə söz vermişdilər. Məkkəli müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra xəzrəclilərlə evslilər "ənsarlar" adlanmışlar. Bu hadisədən sonra evslilərlə xəzrəclilər arasındakı qarşıdurmalara son qoyulmuşdur. Hər iki qəbilə İslamın qələbə çalması üçün çalışmışlar. Məhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra xəzrəclilər xəlifəliyə Səd ibn Übeydənin namizədliyini irəli sürmüşlər. Ancaq sonra onlar evslilər və mühacirlərlə birlikdə Əbu Bəkrin xəlifəliyini tanımışlar.

Tanınmış şəxsləri Xəzrəc qəbilələsinə məsub olan bəzi tanınmış şəxslər bunlardır:

Qərəzə. Bu qəbilənin görkəmli nümayəndlərindən biri olan Qərəzə Məhəmməd peyğəmbərin səhabələrindən və Əlinin əshabından idi. Hicrətin 24-cü ilində Əbu Musa ilə birlikdə Rey vilayətini fəth etmişdi. Siffeyn döyüşündə Əli tərəfindən Ənsarın ələmdarı olan Qərəzə hicrətin 51-ci ilində vəfat etmişdi. Onun oğlu Əmr ibn Qərəzə ibn Kəb Ənsari Hüseynin vəfalı və fəal səhabələrindən idi.

Əmr ibn Qərəzə ibn Kəb Ənsari. Aşura günü Əmr ibn Qərəzə Hüseyndən döyüş meydanına yollanmaq üçün icazə istəyir. İmamdan icazə aldıqdan sonra meydana qədəm qoyur və meydana doğru hərəkət edərkən bu rəcəzi oxuyurdu:

Aşura günü zöhr namazı vaxtı Hüseyn namaza başlayır. Əmr ibn Qərəzə bir neçə nəfər səhabə ilə birlikdə Hüseynin canını qorumağı öz öhdəsinə götürür.

O, çoxlu bədən yarası aldığı zaman üzünü Hüseynə tutub deyir:

Səd ibn Ubədə Əbu Əyyub əl-Ənsari Cabir ibn Abdullah Həssan ibn Sabit Ubeyy ibn Kəb Abdullah ibn Rəvaha Ənas ibn Malik Muaz ibn Cəbəl

Həmçinin bax İslam Məhəmməd

İstinadlar Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Ənsarilər Kateqoriya:İslam tarixi