Ridaniyə döyüşü — Məmlük sultanlığına son qoyan və Misirin fəthini tamamlayan Qahirə yaxınlığındakı həlledici döyüş.Celâlzâde Mustafa Çelebi, Selimnâme (nşr. Ahmet Uğur — Mustafa Çuhadar), Ankara 1990, s. 195–201G. M. Angiolello, Seyahatnâme (Seyyahların Gözüyle Sultanlar ve Savaşlar içinde, trc. Tufan Gündüz), İstanbul 2007, s. 111–121Keşfî Mehmed Çelebi, Selimnâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2147, vr. 94a–104b
Döyüş öncəsi vəziyyət Mərcidabık döyüşündən sağ çıxan Məmlük əmirləri Kansu Qavrinin ölümünün ardından onun döyüşdən əvvəl naib seçdiyi Tomanbayı Məmlük sultanı seçərək ətrafında toplandılar. Yeni sultan Tomanbay Sultan Səlimin Qahirəyə hücum etmə ehtimalına qarşı əsgər toplamağa və şəhərin ətrafında müdafiə tədbirləri görməyə başladı. Əlavə olaraq Canbərdi Qəzainin rəhbərliyindəki 5 min nəfərlik dəstəni Osmanlı ordusu haqqında məlumat toplamaq üçün Qəzzə bölgəsinə yolladı. Burada Xan-Yunis yaxınlığında Sədrəzəm Sinan Paşanın dəstələri ilə toqquşan Canbərdi Qəzai məğlub olaraq geri çəkildi (21 dekabr 1516). Sultan Səlim də Məmlük müqavimətinin sındığına inanıb irəliləməyə başladı. Ancaq bəzi dövlət adamları Qəzzədən sonrakı Misir torpaqlarının olduqca təhlükəli olduğuna və Sinay çölünün qısa müddətdə keçilməsinin çətin olduğuna inansalar da, o əsnada yağan şiddətli yağışlar ordunun 13 gün ərzində çölü keçməsinə kömək oldu. Osmanlı ordusu irəliləyərkən Qahirəyə də elçilər göndərilmiş, Misir taxtını sülh yolu ilə təslim etməsi şərtilə Tomanbayın oradakı Osmanlı hakimi olacağı bildirilmişdi. Ancaq Məmlük əmirləri bu şərti qəbul etməmiş, göndərilən elçiləri qətlə yetirmişdi.Sa‘d b. Abdülmüteâl, Selimnâme, TSMK, Revan Köşkü, nr. 1277, vr. 88a–92bİbn Zünbül, Vaqiətü’s-Sultan əl-Qavri məə Səlim əl-Osmani (nşr. Abdülmün‘im Âmir), Kahire 1962, s. 34–58Sücûdî Çelebi, Selimnâme (haz. İbrahim Hakkı Çuhadar, yüksek lisans tezi, 1988), EÜ Sosyal Bilimler Enstitüsü, s. 82–89
Döyüşün gedişi Məmlüklərin qurduğu döyüş strategiyasını ələ keçirilən əsirlərdən və Məmlüklərin keçmiş Hələb naibi Xeyir bəydən öyrənən Osmanlılar səhrada qumların altına basdırılan döyüş toplarından və qazılan xəndəklərdən xəbər tutdu. Buna görə də Osmanlı ordusu birbaşa irəliləməyərək çölün ətrafından dolanmaqla Məmlüklərin planını pozdu. Anadolu bəylərbəyi Mustafa Paşa sağ cinahda, Rumeli bəylərbəyi Kiçik Sinan Paşa sol cinahda, Sultan Səlim və qapıqulu əsgərləri isə mərkəzdə yer aldı. Sədrəzəm Sinan Paşa sultan qüvvələrinin sağında, yeniçəri ağası Ayaz ağa isə solunda yer aldı. 22 yanvar günü səhər saatlarında Osmanlı ordusu hücuma başladı. Məmlüklər əvvəlcə süvari birlikləri ilə hücuma keçib Osmanlıları topların basdırıldığı əraziyə çəkmək istədilər. Ancaq bu tərtibatdan xəbərdar olan Osmanlı piyada dəstələri topların ətrafından dolanaraq qısa zamanda onları təsirsiz hala saldı.Çerkezler Kâtibi Yûsuf, Selimnâme, TSMK, Hazine, nr. 1422, vr. 36b–41aMatrakçı Nasuh, Târîh-i Sultan Bâyezid Han ve Sultan Selim Han, British Museum, Add. 23586, vr. 155b–162aM. Sanuto, I Diarii di Marino Sanuto, Venezia 1887, XXIV, 162, 165–166, 170–172
Məmlük ordusunun sol cinahı bu səbəbdən dağıdıldı. Ardından Tomanbay və yanındakı əmirlər Osmanlı ordusunun sağ cinahına hücum edərək padşahın dəstələrini hədəf aldı. Bu hücumlar əsnasında Sədrəzəm Sinan Paşa ağır yaralandı və çadırına aparılarkən vəfat etdi.Hammer (Atâ Bey), IV, 212–214Uzunçarşılı, Osmanlı Tarihi, II, 288–291Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeât içinde), I, 484–485
Döyüşün nəticəsi Səhər saatlarında başlayıb fasilələrlə 7–8 saat davam edən döyüşün sonunda Məmlüklər tamamilə məğlub edildi. Çarəsiz qalan Tomanbay yanında qalan 10 Məmlük əmiri ilə geri çəkildi. Ardından döyüş meydanından çəkilən 7 min əsgər Tomanbayın ətrafında toplaşaraq müqaviməti davam etdirdi. Döyüşün ertəsi günü Sultan Səlimin orduları Qahirəyə daxil oldu. Sultan Səlim isə şəhərə daxil olmayaraq şəhər divarları yaxınlığındakı ordugahda qaldı. Ancaq 27 yanvarda şəhərə gələn Tomanbay və dəstəsi üsyan başlatdı. Qahirə küçələrində 3 gün davam edən qanlı toqquşmalar nəticəsində məğlub olan Tomanbay şəhərdən qaçdı. Şəhərdə sülh təmin edildikdən sonra Sultan Səlim 15 fevralda Qahirəyə daxil oldu. Qaçan sultan Tomanbay ələ keçirildi, edam olundu və cəsədi qala divarlarından asıldı. Burada Osmanlı hakimiyyətinə tabe olan Misir əyaləti quruldu və sədrəzəm Yunus Paşa ilk Misir bəylərbəyi təyin edildi (10 aprel). 13 aprel 1517-ci il tarixində burada tamamilə Osmanlı hakimiyyəti bərqərar oldu.Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 146–168Adâî-i Şîrâzî, Selimnâme (haz. Abdüsselam Bilgen, doktora tezi, 1988), AÜ Sosyal Bilimler Enstitüsü, s. 142–170Ridaniye Fetihnâmesi (a.e. içinde), I, 427İdrîs-i Bitlisî, Selimşahnâme (trc. Hicabi Kırlangıç), Ankara 2001, s. 322–337Silâhşor’un Fetihnâme-i Diyâr-ı Arab Adlı Eseri (haz. Selâhattin Tansel, TV içinde), sy. 18 (1961), s. 431–435İbn İyâs, BedâǿiǾu’z-zühûr, V, 145–149Şükri-i Bitlisî, Selimnâme (nşr. Mustafa Argunşah), Kayseri 1997, s. 258–280
İstinadlar
Kateqoriya:Misirdəki döyüşlər Kateqoriya:1517-ci ildə Misir Kateqoriya:Osmanlı imperiyasının döyüşləri