Azərbaycan xalçası qısametrajlı sənədli filmi rejissor Şamil Əliyev tərəfindən 2009-cu ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan xalçaçılıq mədəniyyəti, Azərbaycanda xalçaçılığın tarixi, Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri, Azərbaycan xalçaçılıq məktəbləri haqqında geniş məlumat verir.
Məzmun Film Azərbaycan xalçaçılıq mədəniyyəti, Azərbaycanda xalçaçılığın tarixi, Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri, Azərbaycan xalçaçılıq məktəbləri haqqında geniş məlumat verir.
Festivallar və mükafatlar Kann Beynəlxalq kinofestivalının qısametrajlı filmlər müsabiqəsi (2009) Sardiniyada (İtaliya) V Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (2010) Moskva "Etnoqrafik kino günləri" festivalında "Maddi mədəniyyətin ən yaxşı obrazı" diplomu "Xarkov yasəməni" Beynəlxalq qısametrajlı filmlər festivalı
Filmin üzərində işləyənlər Ssenarist: Aydın Talıbzadə Rejissor: Şamil Əliyev Operator: Nizami Abbas Prodüser: Cavid İmamverdiyev
Operator assistenti: İsmayıl Qasımov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2009-cu ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri