Azərbaycan musiqisi — rejissor Ziya Şıxlinski tərəfindən 2009-cu ildə çəkilmiş qısametrajlı sənədli film. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə dahi Üzeyir Hacıbəylinin yaradıcılığından tutmuş bizim günlərədək peşəkar milli musiqi sənətinin inkişafı tarixindən və uğurlarından söhbət açılır.

Məzmun Filmdə Üzeyir Hacıbəyovun yaradıcılığından tutmuş bizim günlərədək peşəkar milli musiqi sənətinin inkişafı tarixindən və uğurlarından söhbət açılır. Tamaşaçılar bu film vasitəsilə bütün qitələrdə Azərbaycana şöhrət qazandırmış parlaq bəstəkarlar və ifaçılar pleyadası, böyük musiqiçilərin yaradıcılığı ilə tanış olmaq imkanı qazanırlar.

Filmin üzərində işləyənlər Ssenarist: Şəhla Həsənova Rejissor: Ziya Şıxlinski Operator: Adil Abbas Prodüser: Cavid İmamverdiyev

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2009-cu ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri