Serbiya və Monteneqro milli futbol komandası — 2003-cü ilə qədər Yuqoslaviya Federativ Respublikasını, 2003-cü ildən sonra isə Serbiya və Monteneqronu beynəlxalq futbol turnirlərində təmsil edən yığma komanda. FİFA Dünya Kuboku 2006-dan sonra komandanın mövcudluğuna son qoyulmuşdur. Onun xələfi Serbiya milli futbol komandası olmuşdur. Monteneqro milli futbol komandası isə ayrıca yarışlara qatılmağa başlamışdır.

FİFA Dünya Kuboklarındakı nailiyyətləri 1930-1990-cı illər üçün Yuqoslaviya milli futbol komandası səhifəsinə bax. 1994 — Yuqoslaviya müharibələri səbəbi ilə UEFA tərəfindən turnirdə iştirakı qadağan olunmuşdur (Yuqoslaviya Federativ Respublikasının təmsilçisi kimi) 1998 — 1/8 (Yuqoslaviya Federativ Respublikasının milli yığma komandası kimi) 2002 — seçmə mərhələni keçməmişdir (Yuqoslaviya Federativ Respublikasının milli yığma komandası kimi) 2006 — qrup mərhələsi (Serbiya və Monteneqronun milli yığma komandası kimi)

UEFA Avropa Kuboklarındakı nailiyyətləri 1960-1992-ci illər üçün Yuqoslaviya milli futbol komandası səhifəsinə bax. 1996 — Yuqoslaviya müharibələri səbəbi ilə UEFA tərəfindən turnirdə iştirakı qadağan olunmuşdur (Yuqoslaviya Federativ Respublikasının təmsilçisi kimi) 2000 — 1/4 (Yuqoslaviya Federativ Respublikasının milli yığma komandası kimi) 2004 — seçmə mərhələni keçməmişdir (seçmə mərhələyə Yuqoslaviya Federativ Respublikasının təmsilçisi kimi başlamış, Serbiya və Monteneqronun təmsilçisi kimi davam etmişdir)

Forma Təchizatçı Sponsor İllər Adidas 1994–2001 Lotto 2002–2006

Evforması

Səfər forması

İstinadlar

Kateqoriya:Avropa sabiq milli futbol komandaları