Bulanjerit — mineral,  Pb5Sb4S11

Haqqında Bulanjerit - qatışıqlar Cu, Fe. Monoklinik. Kristalları iynəvari, yaxud prizmatik. Ayrılma {100} üzrə mü­kəmməl. Aqreqat: dənəvər, lifli, lələkvari. Rəngi göyümtül-qurğu­şunu, bozdan qarayadək. Cizgisi bozumtul-qara, qırmızımtıl çalarlı. Parıltısı - metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 6,0-6,2. Orta və aşağı temperaturlu hidrotermal Pb-Zn yataqlarda rast gəlir. Qurğuşunun ikinci dərəcəli filizidir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Antimonitin mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:Sulfidlər (minerallar)