Broşantit — mineral, Cu4[(OH)6| SO4]
Haqqında Bronşantit - monoklinik. Kristalları qalın prizmatikdən iynəvariyədək. Ayrılma: {100} üzrə mükəmməl. İkiləşməsi {100} üzrə. Aqreqat: druzlar, kip, dənəvər. Rəngi zümrüdü-yaşıl. Parıltısı şüşəli, sədəfi. Sərtliyi 3,5-4. Xüsusi çəkisi 3,97. Mis yataqlarının oksidləşmə zonasında limonit, serussit, malaxit və digər Cu mineralları ilə birlikdə. Sinonim: Keniqin.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Sulfatlar (minerallar) Kateqoriya:Misin (II) mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Monoklinik sinqoniya mineralları