Qırmızı Qar — Anar İsmayıl tərəfindən 2016-cı ildə yazılmış tarixi-detektiv altjanrında roman.

Roman satışa çıxdığı ilk ayda Qanun nəşriyyatının yayımladığı məlumata əsasən 2017-ci ilin noyabr ayında Azərbaycan Ədəbiyyatı üzrə ən çox satılan kitab olmuşdur.

Məzmun

XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.

Xarici keçidlər

Qırmız qar- Anar İsmayıl Goodreads-də Qırmızı Qar

"Qırmızı Qar" romanının traileri Bu ay ən çox satılan kitablar - SİYAHI II Şah Abbas: Səfəvi əzəmətinin sonuncu səhifəsi ("Qırmızı Qar" romanı) Kitab təhlili | Qırmızı qar - Anar İsmayıl

Kateqoriya:2017-ci ilin Azərbaycan romanları Kateqoriya:Detektiv romanlar Kateqoriya:Azərbaycan dilində romanlar