Vilho Henrik Lampi () – Finlandiya rəssamı. Avtoportretləri, eləcə də, Liminka və onun əhalisi haqqında çəkdiyi tablolarına görə tanınır.
Həyatı Lampi Oulu şəhərində anadan olmuş, lakin həyatının böyük hissəsini Liminkada keçirmişdir. 1921–1925-ci illərdə Helsinki Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Liminkaya qayıtmış, ən məşhur əsərlərini burada yaratmışdır.
Lampi 17 mart 1936-cı ildə Ouluyoki çayı üzərindəki körpüdən özünü ataraq intihar etmişdir.
Ədəbiyyat Unto Immonen: Vilho Lampi, lakeuden melankoolikko in Suomen taiteen vuosikirja 1956–1957, Porvoo, 1957. Paavo Rintala: Jumala on kauneus, (Vilho Lampi haqqında roman) Otava, 1959. Eeli Aalto: Vilho Lampi, lakeuden maalari : esittelyä ja taustaa, Arvi A. Karisto, Hämeenlinna, 1967. Marja Junttila et al.: Vilho Lampi 1898–1936, ARS Nordica & Kustannus Pohjoinen, 1998
Filmlər Eeli Aalto: Vilho Lampi, Lakeuden maalari, 1966. Hannu Heikinheimo: Jumala on kauneus, 1985.
Tamaşalar Kaija Viinikainen: Jumala on kauneus, Kajaanin kaupunginteatteri, 1981. Kristian Smeds: Jumala on kauneus, Teatteri Takomo, 2000 və Finlandiya Milli Teatrı, 2008. Taisto Reimaluoto: Tässä on elämä, Kajaanin Runoviikko, 2001.
İstinadlar
Xarici keçidlər
Vilho Lampi Oulu Şəhər İncəsənət Mərkəzi Vilho Lampinin işləri, Finlandiya Milli Qalereyası Vilho Lampi bioqrafiyası Vilho Lampi Artnet-də
Kateqoriya:Finlandiya rəssamları Kateqoriya:İntihar edən rəssamlar Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Finlər