() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir.
Botaniki təsviri Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir. Budaqları əyilmiş tikanlara malikdir. Yarpaqları enli, yumurtaşəkilli, qaidəsi ürəkvari, sıx tüklü, 6-12 sm uzunluqdadır. Çiçəkaltlıqları ürəkvari sivriləşmiş, bənövşəyi, açıq çəhrayı, qırmızı və ya yaşılımtıl açıq çəhrayıdır. Çiçəkləri çiçəkaltlıqların qoltuğunda 2-3 ədəd yerləşmişdir.
Ekologiyası Quru havaya və qaza davamsızdır. Şaxtadan çox əziyyət çəkir.
Azərbaycanda yayılması Abşeronda mədəni şəraitdə becərilir.
İstifadəsi Ən gözəl dekorativ bitkilərdəndir. Bugenvilleya Bakıda küləkdən mühafizə olunmuş yerlərdə, yarımkölgə şəraitində yaşıllaşdırmada istifadə edilə bilər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Otaq bitkiləri