() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Piriney yarımadasında yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır. Yelkənciyi tam çılpaqdır. Kasacığı zınqırovşəkilli, ikidodaqlıdır. Üst dodağı iki, alt dodağı isə üçdişlidir. Tacı sarı, nadir hallarda ağdır. Çiçəkdəki 10 erkəkcik birləşərək boru əmələ gətirir. Paxlaları ensiz, uzunsov, bir qədər əyilmiş, yanlardan basıq, tüklü, əksərən çoxtoxumlu, uzunluğu 1,5 sm-dir. Toxumları qara rəngli, parlaqdır. Toxumla artırılır.

Ekologiyası İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir.

Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.

İstifadəsi Dekorativ bitki kimi becərilir. Tərkibində boyaq maddələri vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1759-cu ildə təsvir edilən bitkilər