Drava çayıUtrata Fachwörterbuch: Geographie - Englisch-Deutsch/Deutsch-Englisch by Jürgen Utrata (2014). Retrieved 10 Apr 2014.— Mərkəzi Avropada Dunay çayının qoludur.
Axdığı ərazilər Çayın uzunluğu 710 kmJoint Drava River Corridor Analysis Report , 27 November 2014, mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).
Həmçinin bax Dunay Balkan yarımadası
İstinadlar
Kateqoriya:Dunayın qolları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Avstriya çayları Kateqoriya:Avropanın beynəlxalq çayları Kateqoriya:Xorvatiya çayları Kateqoriya:İtaliya çayları Kateqoriya:Macarıstan çayları Kateqoriya:Trentino-Alto Adice çayları