Qadın Coğrafiyaçılar Cəmiyyəti () — Amerika Birləşmiş Ştatlarının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri.

Tarixi Cəmiyyətin əsası 1925-ci ildə qoyulmuşdur. Yaradılmasının əsas səbəbi Kəşfiyyatçılar Klubu kimi ən peşəkar təşkilatların tərkibinə qadınların daxil edilməməsi olmuşdurWare. 1988. Məhz bu səbəbdən bir qrup qadın etiraz olaraq Qadın Coğrafiyaçılar Cəmiyyətini yaratmışlar. Cəmiyyət coğrafiya, dünya kəşfiyyatı, antropologiya və digər sahələrdə maraqlanan qadınları bir araya gətirmək üçün dörd rəfiqə olan Gertrude Emerson Sen, Marguerite Harrison, Blair Niles və Gertrude Mathevs Şelbi tərəfindən təşkil edilmişdir.

Üzvləri Vaşinqtonda yerləşən cəmiyyətdə hazırda təxminən 500 üzvü var.

Cəmiyyətin digər qrupları Çikaqo, Florida, Los-Anceles, Nyu-York və San-Fransisko şəhərlərində yerləşir.

Həmçinin bax Coğrafiya cəmiyyətlərinin siyahısı

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər

American Geographical Society American Geographical Society Library at UW–Milwaukee

Kateqoriya:1825-ci ildə yarananlar Kateqoriya:ABŞ təşkilatları Kateqoriya:ABŞ-də elm və texnologiya Kateqoriya:Coğrafiya cəmiyyətləri