Belarus Coğrafiya Cəmiyyəti () — Belarus Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Minsk şəhərində yerləşir. 2004-cü ildən rəhbəri Pyotr Lopuxdur.

Tarixi Cəmiyyətin əsası 1954-cü ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Minsk şəhərində qoyulmuşdur. Həmin vaxt SSRİ Coğrafiya Cəmiyyətinin tərkibində idi.

İlk qurultayı 1975-ci ilin 12 mart tarixində Minsk şəhərində keçirilmişdir.

1992-ci ilin yanvarında Belarus Coğrafiya Cəmiyyətinə çevrilmişdir.

Hazırkı Nizamnaməsi 2007-ci ildə təsdiq edilmişdir.

Fəaliyyəti Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.

5 regional şöbəsi varОбщественное объединение "Белорусское географическое общество" . bsu.by: Mogilev şöbəsi; Qomel şöbəsi; Brest şöbəsi; Vitebsk şöbəsi; Mozır şöbəsi.

Qurultayları I (Minsk) — 12 mart 1975. II (Minsk) — 5-6 dekabr 1978. ІІІ (Qomel) — 19-21 oktyabr 1983. IV (Brest) — 21-23 sentyabr 1989. V (Minsk) — 24 noyabr 1994. VI (Mogilev) — 27-30 sentyabr 1999. VII (Minsk) — 5-6 oktyabr 2004.

Rəhbərləri İvan Lupinoviç (1954—1957) Konstantin Lukaşov (1957—1960) Timofey Qorbunov (1960—1963) Vasili Dementyev (1963—1974) Vadim Juçkeviç (1974—1983) Valeri Anoşko (1983—2004) Pyotr Lopux (2004-cü ildən)

Həmçinin bax Coğrafiya cəmiyyətlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Беларускае геаграфічнае таварыства Старонка Беларускага геаграфічнага таварыства на сайце Беларускага дзяржаўнага ўніверсітэта Старонка Беларускага геаграфічнага таварыства на сайце Рускага геаграфічнага таварыства Белорусское географическое общество: Информационная справка. - М.: РГО, 2012 Інфармацыя аб рабоце VIII з'езда Беларускага геаграфічнага таварыства // Магілёўскі мерыдыян. - 2011. - №1-2 (16-17). - С. 5-6.

Kateqoriya:1954-cü ildə yarananlar Kateqoriya:Belarus təşkilatları Kateqoriya:Belarusda elm və texnologiya Kateqoriya:Coğrafiya cəmiyyətləri